Zaqatalada 31 yaşlı qadın itkin düşüb - FOTO


11:04     06 Dekabr 2020 20_12_06_1607238385.jpg

Zaqatala rayonu Əliabad qəsəbə sakini 1989-cu il təvəllüdlü Ramilə Əliyeva dekabrın 1-də yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Zaqatala Rayon Polis Şöbəsindən Femida.az-a verilən məlumata görə, R.Əliyeva evdən çıxarkən əynində qara rəngli şalvar və boz gödəkçə olub.

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə və ya Zaqatala Rayon Polis Şöbəsinin 024-225-26-99 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Açar sözlər:

Oxunub: 371