Şəhid və yaralanmış hərbçilərin 500-dən çox ailə üzvü özünüməşğulluq və ictimai işlərə cəlb edilib
11:39 06 Dekabr 2020
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinin və müharibə iştirakçılarının, erməni terrorundan zərər çəkən mülki şəxslərin və onların ailə üzvlərinin sosial dəstəklə təmin edilməsi tədbirlərini həyata keçirir. Bu tədbirlər çərçivəsində onların aktiv məşğulluqla əhatə olunmasına artıq başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən son günlərdə həmin kateqoriyalardan olan 500-dən çox şəxsin məşğulluğuna və özünüməşğulluğuna dəstək işləri aparılıb.
Onlardan 305-i (o cümlədən 215 şəhid ailəsi üzvünün, 70 müharibə iştirakçısı və yaralanmış şəxsin və b.) özünüməşğulluq proqramına cəlb edilib, bir hissəsi aktivlərlə artıq təmin olunub, qalanları da təmin olunmaqdadır.
Həmçinin 200-dən çoxunun (o cümlədən 82 şəhid ailəsi üzvünün, 110 müharibə iştirakçısı və yaralanmış şəxsin, yaxud onların ailə üzvlərinin və b.) haqqı ödənilən ictimai işlərə cəlb edilməsi işləri görülür, 100-dən çoxu artıq cəlb edilib, digərləri də yaxın günlərdə cəlb ediləcək.
Bu istiqamətlərdə işlər hazırda da davam etdirilir.
Oxunub: 341
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Şəhid Pəncəli Teymurovun atası vəfat etdi
- Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi
- Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib
- Şəhid qızı məktəb direktoru təyin olunub
- Şəhid hərbi qulluqçumuzla vida mərasimi keçirilir
- Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri- FOTOLAR+VİDEO
- Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil verilib