Sabah Bakıda hava buludlu olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
12:42 06 Dekabr 2020
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman, çiskinli olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8, Bakıda gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Dekabrın 7-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Oxunub: 345
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Sabahın hava proqnozu açıqlanıb
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Sabahın hava proqnozu açıqlanıb
- Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- Sabahın hava proqnozu açıqlanıb
- Sabahın hava proqnozu açıqlanıb