Xankəndiyə göndəriləcək humanitar yardım Gəncə hava limanına çatdırılıb


17:47     06 Dekabr 2020 20_12_06_1607264367.jpg


Azərbaycan Respublikası ilə müvafiq razılıq əsasında Rusiya Federasiyası tərəfindən Xankəndinə çatdırılması məqsədi ilə göndərilən humanitar yük 2020-ci il dekabrın 6-da Gəncə beynəlxalq hava limanına çatdırılıb.

Femida.az xəbər verir ki, humanitar yardım müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə yola düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 523