Yevlax-Xankəndi dəmiryol xətti yenidən qurulur


13:46     07 Dekabr 2020 demiryolu.jpg

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlayıb.

ADY-dən Femida.az-a verilən məlumata görə, Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmiryol xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub.

İşğala son qoyulduqdan sonra digər qurumlar kimi "Azərbaycan Dəmir Yolları"nın müvafiq strukturları tərəfindən mənfur düşmənin dəmir yollarına vurduğu ziyanın həcmi hesablanır. Dəmir yollarının bərpa edilməsi üçün müvafiq təkliflər hazırlanır.

O cümlədən, ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 396


Oxşar xəbərlər