İşğaldan azad olunan bölgələrin bərpası üçün bəzi ölkələrə dəvət göndərilib
16:09 07 Dekabr 2020

“Bütün dünya indi gördü ki, Azərbaycan hansı vandallarla üz-üzə qalmışdı. Və bu vandallara qarşı təkbaşına müharibə apararaq öz ərazi bütövlüyümüzü bərpa etmişik”.
Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“İndi bərpa dövrü başlayır. Genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcəklər. Bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik. Daha doğrusu, artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni bərpa, rekonstruksiya, yenidənqurma işlərində fəal iştirak eləsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə bildiyim kimi videokonfrans vasitəsilə ilkin təmaslar olacaq. Bir də demək istəyirəm ki, dost ölkələrin şirkətləri bu işlərdə iştirak edəcəklər”, - Prezident əlavə edib.
Femida.az
Oxunub: 237
Oxşar xəbərlər
- İşğaldan azad olunmuş torpaqlarda tarixi-dini abidələrin bərpasına başlanılıb
- Prezident işğaldan azad edilmiş kəndlərin bərpası ilə bağlı sərəncam imzaladı
- İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə edilib
- MM-də işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətlə bağlı konfrans keçirilib
- Azad olunmuş torpaqlarda məskunlaşma işğaldan əvvəlki səviyyəyə qaytarılacaq
- İşğaldan azad olunan 75 yaşayış məntəqəsində inventarlaşdırma işləri yekunlaşdırılıb
- İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb
- İşğaldan azad olunmuş ərazilərin topoqrafik xəritələri hazırlanır
- İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatları aparılacaq
- İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib