Qubada kafe sahibi və daha 9 nəfər cərimələndi
09:58 08 Dekabr 2020
Qubada karantin rejimini pozan şəxslər cərimə edilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.
Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Müseyib Ələkbərov və orada olan 9 nəfər şəxs saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.
Femida.az
Oxunub: 324
Oxşar xəbərlər
- Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
- Qubadakı yanğına görə bir nəfər məsuliyyətə cəlb edilib
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb
- Qubada 35 yaşlı kişi qətlə yetirilib
- Qubada qadın baltalanıb, qızı anasını ölümdən xilas edib
- Qubada kişi keçmiş arvadını qətlə yetirib, sonra intihar edib
- Qubada daha 5 vəzifəli şəxsə cinayət işi başlanılıb
- Qubada avtoxuliqanlıq edən şəxs saxlanılıb
- Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb