“YAŞAT” Fonduna SMS vasitəsi ilə yardım etmək mümkün olacaq


11:51     08 Dekabr 2020 SMS.jpg


Vətən müharibəsində şəhid olan hərbçilərin ailələri və yaralılara dəstək üçün yaradılan “YAŞAT” Fonduna hansı yollarla ianə ediləcəyi müəyyənləşib.

Femida.az xəbər verir ki, vətəndaşların Fonda yardımları ilə bağlı asan köçürməni təmin etmək üçün sms köçürmə sistemi də formalaşdırılıb. Belə ki, vətəndaşlar mobil telefonlar vasitəsi ilə müəyyən edilmiş qısa nömrəyə sms göndərməklə balansında olan müəyyən məbləği Fonda köçürə biləcəklər.

Bundan başqa ianə, bank hesabına köçürmə, onlayn qaydada Fondun rəsmi internet səhifəsi və elektron ödəniş sistemləri üzərindən, eləcə də ödəniş terminalları vasitəsi ilə Fondun hesabına pul köçürmək mümkün olacaq.

Femida.az

Açar sözlər: #Fond   #şəhid   #Yaşat  

Oxunub: 1625