Metro yanvarın 31-nə qədər işləməyəcək


14:46     08 Dekabr 2020 metro.jpg

"Bakı Metropoliteni" QSC-də sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 31 yanvar saat 06:00-a qədər uzadılır.


Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılmasına dair qərarında bildirilib.

Qərarda həmçinin deyilir ki, 31 yanvar saat 06:00-a qədər bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 457