Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verildi


16:02     08 Dekabr 2020 press_rev.jpg

Xüsusi sərtləşdirilmiş karantin rejimi dövründə Kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə veriləcək.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında qeyd olunub.

Qərara əsasən, kütləvi informasiya vasitələri Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına daxil edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 444