İranda “quş qripi” aşkarlanıb


17:58     08 Dekabr 2020 20_12_08_1607434477.jpg

İranın şimalında Mazandaran vilayətinin Feridonkenar su-bataqlıq ərazisində qu quşlarında yüksək patogenli “quş qripi” aşkarlanıb.



Femida.az -ın məlumatına görə, bunu İranın Mazandaran vilayətinin Ətraf Mühitə Nəzarət İdarəsinin direktoru Kuruş Rəbii deyib.

O bildirib ki, 5 dekabrda su-bataqlıq ərazisində ölən qu quşunun analiz nəticələri ötən gün pozitiv çıxıb. Ötən gün su-bataqlıq ərazisində daha 2 qu quşunun ölüsü tapılıb.


Direktor əlavə edib ki, bununla əlaqədar Mazandaran vilayətində istənilən çöl quşlarının ovlanması və satışı qadağan edilib.

Qeyd edək ki, İranın Mazandaran vilayəti Xəzər dənizi sahilində yerləşir.

Açar sözlər:

Oxunub: 333