Şamaxı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub


18:55     08 Dekabr 2020 20_12_08_1607436291.jpg

Şamaxı Rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub.

Femida.az xəbər verir ki, Babayev Məsud Nizami oğlu Rayon Təhsil Şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, M.Babayev 25 aprel 1977-ci ildə Şamaxı rayonunun Yenikənd kəndində anadan olub. 1982-1989-cu illərdə Şamaxı rayonu, Ə.Məmmədov adına Göylər kənd 1 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseydə təhsil alıb. 2015-ci ildən bu ilin iyul ayına kimi Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə, iyul ayından isə Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb.

Açar sözlər:

Oxunub: 551