İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Azərbaycana gəlir


19:16     08 Dekabr 2020 20_12_08_1607437034.jpg

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Manlio Di Stefano Azərbaycana səfər edəcək.

Femida.az -ın xəbərinə görə, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Manlio Di Stefanonun bu gün İrəvan və Bakı şəhərlərinə səfəri başlayır.


Bu, Ermənistan və Azərbaycan arasındakı münaqişənin bitməsindən sonra İtaliya hökuməti tərəfindən bölgəyə ilk səfərdir. Səfər çərçivəsində yüksək səviyyəli siyasi görüşlərin keçirilməsi nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 378


Oxşar xəbərlər