Göyçayda daha bir COVID-19 xəstəsi barədə cinayət işi açılıb


10:43     09 Dekabr 2020 20_12_09_1607495253.jpg

Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etdiyi aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, COVID-19 xəstəsi Tamilla Abdullayeva infeksiya daşıyıcısı olduğu üçün ev şəraitində müalicə alsa da o, digərlərinin də sağlamlığına real təhlükə yaradaraq yaşadığı ünvanı tərk edib.

Polis əməkdaşları tərəfindən T.Abdullayevanın olduğu yer müəyyən olunaraq saxlanılıb və yaşadığı evə geri qaytarılıb.

Həmin şəxs barəsində Göyçay RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 370