Ağdaşda karantin qaydalarına əməl etməyən COVID-19 xəstəsi aşkarlanıb


12:23     09 Dekabr 2020 20_12_09_1607502263.jpg

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan şəhər sakini Sabir Əliyev ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polislər tərəfindən onun şəhər ərazisində olduğu yer müəyyən olunub və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

S.Əliyev barəsində Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bir daha evdə müalicəyə cəlb olunan aktiv koronavirus xəstələrindən sanitar-karantin qaydalarına əməl edərək müalicə müddəti bitənədək mənzilləri tərk etməmək tələb olunur. Əks təqdirdə həmin şəxslər polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediləcəklər.

Açar sözlər:

Oxunub: 346