Zaqatalada 8 otaqlı ev, Bakıda “Nissan“ yandı


01:25     18 Dekabr 2015 2015-05-18-08-49-00masin-yandi-6409.jpg

Zaqatala və Bakıda yanğın hadisələri qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala rayonu, Yuxarı Tala kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 290 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə yanğın baş verib. Nəticədə evin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və ikinci mərtəbəsində bir otağın tavanı 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bakının Sabunçu rayonunda vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Açar sözlər:

Oxunub: 787