Lavrov Qərbin ittihamlarına cavab verdi


10:47     10 Dekabr 2020 cs-Foreign-Minister-Sergei-Lavrov-gestures-during-a-news-conference-after-a-meeting-with-his-counterpart-from-Mozambique-Oldemiro-Baloi-in-Moscow-April-21-2014.-REUTERSrSergei-Karpukhin-8.jpg

Qərb Rusiyanı digər dövlətlərin işlərinə qarışmaqda günahlandırmaq üçün daha çox səbəb düşünə bilər.

Femida.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Son vaxtlar bizi Belarusa, xüsusilə Qərbə qarşı geosiyasi mövqelərimizi gücləndirmək üçün Dağlıq Qarabağa müdaxilə etməkdə, Qərbin bölgədə öz mövqeyini gücləndirməsinin qarşısını almaq üçün Türkiyə ilə regionu bölmək barədə razılığa gəlməkdə ittiham edirlər. Hazırda Avropa və ABŞ-da, xüsusən də Britaniya adalarında dominantlıq edən analitiklərin məntiqi və psixologiyası bundan ibarətdir”, - deyə Lavrov əlavə edib.

Onun sözlərinə görə, Moskva hadisələrin hər cür dönüşünə hazırdır: "Keçən gün oxudum ki, ABŞ Konqresi Rusiya və Belarusa sanksiyalar irəli sürür. Çünki belə müttəfiq dövlətlər Belarusda "rəngli inqilab" etmək istəyənlərin xoşuna gəlmir. Buna görə daha çox səbəblər göstərəcəklərinə əminəm".


Femida.az

Açar sözlər:

Oxunub: 386