Lələtəpəyə sancılan bayraq paradda nümayiş etdirildi


15:00     10 Dekabr 2020 20_12_10_1607603113.jpg

Azadlıq meydanında Azərbaycan Ordusunun Vətən müharibəsində qələbəsinə həsr olunan Zəfər paradında 2016-cı ilin aprel döyüşləri zamanı azad edilən Lələtət yüksəkliyinə sancılan bayraq nümayiş etdirilib.

Femida.az xəbər verir ki, Silahlı Qüvvələrin parad heyətlərinin təntənəli marşına “Zəfər” ordenli, general leytenant Kərim Vəliyev başçılıq edib.

Silahlı Qüvvələrin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər Bayrağı altında Azadlıq meydanında tribunaya doğru irəliləyib.

Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan ordusunun qoşun növlərinin bayraqları tribunaya yaxınlaşıb.

Vətən müharibəsində böyük qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqları tribuna önündən keçib. Döyüş bayraqları Vətən müharibəsi qəhrəmanı general-mayor Zaur Məmmədov başçılıq edib.

Femida.az

Açar sözlər: #bayraq   #zəfər  

Oxunub: 880