Zəfər paradında “İtiqovan”, “Bayraktar” və “Harop” PUA-ları nümayiş olunub


15:19     10 Dekabr 2020 20_12_10_1607599628.jpg

Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) nümayiş etdirilib.


Femida.az xəbər verir ki, PUA-ları daşıyan avtomobillər Azadlıq meydanında tribunanın önündən keçib.

Paradda Azərbaycanın istehsal etdiyi “İtiqovan” zərbə PUA-ları nümayiş olunub.

Daha sonra Vətən müharibəsində düşməni lərzəyə salan, düşmənə sarsıdıcı, dağıdıcı zərbələr vuran ən müasir PUA-lar olan “Bayraktar” və “Harop” Azadlıq meydanına daxil olub.

Femida.az

Açar sözlər: #PUA   #Harop   #Bayraktar   #itiqovan  

Oxunub: 669