Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib


16:39     10 Dekabr 2020 Konstitusiya%20Məhkəməsi.jpg

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Femida.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh edilməsinə dair Xətai Rayon Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 7-nə təyin edilmiş iclasında baxılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1073