Şirvanda dəhşət: Gəlin evdəkiləri ölümcül döydü - FOTOLAR
05:11 26 May 2015
Şirvan şəhər sakini, Şirvan şəhəri, Xudu Məmmədov küçəsində yaşayan Mustafayeva Nazilə Femida.az- a müraciət edib.
Qadının sözlərinə görə oğlunun qeyri-rəsmi nikahda yaşadığı Elnarə adlı qadın dünən axşam onun yaşadığı evə gəlib. Evin pəncərəsinin şüşələrini, qapını qırıb və ona xəsarətlər yetirib. Hadisə yerinə polis əməkdaşları gəlib. Buna baxmayaraq aranı sakitləşdirmək mümkün olmayıb.
Nazilə Mustafayevanın xəsarət alması barədə Şirvan rayon Xəstəxanasından sənəd də verilib. Qadının sözlərinə görə, oğlunun qeyri-rəsmi nikahda yaşadığı Elnarə onun evdən çıxmasını və evi ona verməsini tələb edib.
Şikayətçi ilə söhbətimiz zamanı da onun bədənində olan xəsarət izləri açıq-aydın görünürdü. Məsələ ilə bağlı qarşı tərəfin fikrini öyrənməyə çalışasaq da mümkün olmadı. Şirvan Şəhər Polis İdarəsinin sahə rəisi polis polkovnik leytenantı Qədim Sahibovun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı təhqiqat aparılır. Hər iki tərəfdən xəsarət alanlar var.
Miri Məcidli
Şahverdi Şirinli
Femida.az
Oxunub: 11185
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək