Yevlaxda bacı və qardaşa qarşı 92 min manatlıq dələduzluq edilib
10:33 11 Dekabr 2020

Yevlax rayonunda dələduzluq hadisəsi baş verib.
Bu barədə Femida.az-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, Yevlax rayon sakinləri - Elmira Sadıqova və qardaşı Əkbər İsmayılova məxsus pulun Paşayev Fərman Məhəmmədəli oğlu tərəfindən mənimsənilməsinə əsaslı şübhələr olduğundan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İbtidai istintaqla Yevlax şəhər sakini 1973-cü il təvəllüdlü Fərman Paşayevin Elmira Sadıqovaya məxsus 11 min manat pulu və təkrarən Əkbər İsmayılova məxsus 81 min 900 manat məbləğində pulu onların etibarından istifadə edərək dələduzluq yolu ilə qəsdən ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Fərman Paşayevin əməli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilərək həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək cinayət işi istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Yevlax Rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Femida.az
Oxunub: 650
Oxşar xəbərlər
- Yevlaxda çayxana sahibi və müştəriləri cərimələndi
- Yevlaxda avtoqəza zamanı ölən şəxsin kimliyi məlum olub
- Yevlaxda avtomobilin aşması nəticəsində 5 nəfər yaralanıb
- Yevlaxda inzibati binada yanğın olub
- Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var
- Yevlaxda intihara cəhdin qarşısı alındı
- Yevlaxda çətənə bitkisinin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Yevlaxda iki qardaşdan biri Kürdə boğuldu, digəri xilas edildi
- Yevlaxdan Cəlilabada dilənçiliyə gedən şəxslər saxlanılıb
- Yevlaxda qanunsuz işləyən trenajor zalı aşkarlanıb