Hesablama Palatasına sədr təyin olunub


11:12     11 Dekabr 2020 20_12_11_1607671950.jpg

Parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin təyin edilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb.

Femida.az xəbər verir ki, iclasda Vüqar Tapdıq oğlu Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi barədə rəyə baxılıb.

Məsələ müzakirələrdən sonra səsverməyə çıxarılıb və Vüqar Gülməmmədovun yenidən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilməsinə razılıq verilib.

Femida.az

Açar sözlər: #hesablama   #palata  

Oxunub: 613