Əmanətlərin tam sığortalanması müddətinin artırılması I oxunuşdan keçdi
11:37 11 Dekabr 2020
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Femida.az xəbər verir ki, qanuna təklif edilən dəyişikliklə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb.
Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul edilib.
Femida.az
Oxunub: 1114
Oxşar xəbərlər
- Milli Məclis şəhidlər və ailələri ilə bağlı bu sənədi qəbul etdi
- Milli Məclis Ombudsmanın məruzəsini qəbul etdi
- Sabah Milli Məclisin iclası keçiriləcək
- Ombudsman Milli Məclisdə hesabat verəcək
- Milli Məclisin apreldə ilk iclasının gündəliyi - SİYAHI
- Milli Məclisin iclasları onlayn keçiriləcək
- Hərbi vəziyyətin ləğvi müzakirəyə çıxarılır
- Milli Məclisin növbəti plenar iclasında bu məsələlər müzakirə olunacaq
- Büdcə layihəsi birinci oxunuşda qəbul edildi
- Parlamentdə dövlət büdcəsi haqqında qanuna dəyişiklik müzakirəyə çıxarılacaq