ÜST Oqtay Şirəliyevə təşəkkür edib


14:05     11 Dekabr 2020 oqtay8.jpg

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycandakı Milli qızılca/məxmərək laboratoriyasına göstərdiyi xüsusi qayğı və diqqətə görə ölkənin Səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkür edib.

Femida.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə direktoru Hans Kluqe tərəfindən göndərilən məktubda bildirilib.

Məktubda qeyd olunub ki, ÜST-ün Avropa Regional Bürosunun ekspertləri tərəfindən illik akkreditasiya prosesi çərçivəsində 2020-ci ilin ikinci rübündə ölkəmizdəki Milli qızılca/məxmərək laboratoriyasında yoxlama həyata keçirilib. Nəticələrə əsasən, laboratoriya 2021-ci il üçün ÜST-ün Milli qızılca/məxmərək laboratoriyası kimi tam akkreditasiyadan keçib.

Məktubda laboratoriya işçilərinin akkreditasiyanı uğurla başa vurması ilə yanaşı, müvafiq tövsiyələr də nəzərə çatdırılaraq bildirilib ki, COVID-19 pandemiyası və bununla bağlı epidemioloji vəziyyət ÜST-ün Avropa bölgəsindəki səhiyyə sisteminə mənfi təsir göstərib. Vurğulanıb ki, COVID-19-la bağlı ehtiyacları və çətinlikləri aradan qaldırarkən, qızılca və məxmərəyin qarşısını almaq üçün lazım olan laboratoriya və epidemioloji araşdırmaların izlənilməsi də tam təmin olunmalı, eyni zamanda ictimai səhiyyə sahəsində qlobal fövqəladə vəziyyətdə qızılca və məxmərək infeksiyalarına da diqqət ayrılmalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 491