Çay evinin sahibi və 18 müştəri karantin qaydalarını pozdu
14:34 11 Dekabr 2020
Abşeron rayonunda komendant saatının tələblərini və karantin qaydalarını pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib.
DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Xırdalan şəhərində polislər tərəfindən nəzarət tərdbirləri həyata keçirilən zaman “Ray club”adlı çay evinin müəyyən edilən tələbləri kobud sürətdə pozaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Çay evində qaydalara əks olaraq müştərilərə qəlyan da təklif edilib. Obyektin sahibi, xidmət personalı və orada olan 18 müştəri Abşeron Rayon Polis İdarəsinə gətiriliblər. Onlar barəsində inzibati protokollar tərtib edilib.
Toplanan materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.
Femida.az
Oxunub: 479
Oxşar xəbərlər
- Çay evindən oğurluq edən şəxs saxlanılıb
- Çayxanadan polis şöbəsinə gətirildilər
- Çayda palçığa batan şəxs xilas edilib
- Çayxanadan pul oğurlanıb
- Çay evində dəhşətli qətl: 61 yaşlı kişini çaydanla öldürdülər
- Çaylarda suyun səviyyəsi dəyişib
- Çay evində qətl törədən şəxs polisə təslim oldu
- Çay evində qətl törədənlərin məhkəməsi başladı
- Çaylarda suyun səviyyəsi dəyişib
- Çayxananın həyətində adam öldürdü