“Associated Press” Zəfər paradından yazdı


17:04     11 Dekabr 2020 2020/12/74D657E1-E043-4233-B7D0-374469AB3AC2_1607691940.jpeg

“Associated Press” agentliyinin saytında dərc olunan “Azərbaycanda Qarabağ müharibəsi başa çatandan sonra parad keçirilib” sərlövhəli məqalədə Bakıda dekabrın 10-da baş tutmuş Zəfər paradından bəhs edilir.

Materialda Ermənistan ilə silahlı münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonların geniş əraziləri üzərində nəzarətin tam bərpası ilə bağlı keçirilən hərbi paradda 3000-dən çox hərbi qulluqçunun iştirak etdiyi bildirilir.

Azərbaycanı qətiyyətlə dəstəkləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi paradda onlarca döyüş maşınları və qırıcı təyyarələr nümayiş etdirilib. Zəfər paradında türkiyəli desantçılar briqadası və Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları da təqdim edilib.

Məqalədə bildirilir ki, Türkiyənin dəstəyindən danışan Azərbaycan Prezidenti İlham Əliyev bunu “bizim həmrəyliyimizin, bizim qardaşlığımızın nümunəsi” adlandırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 622