Müharibədə yaralanmış Elçin Sultanov özünüməşğulluq proqramına cəlb edilib


19:16     11 Dekabr 2020 20_12_11_1607697054.jpg

“Qələbəmizin qəhrəmanlarından olan, müharibədə yaralanmış Elçin Sultanovu ziyarət etməyə gedərkən Nazirliyin əməkdaşları onun arzusunun nə olduğunu artıq bilirdilər”.

Femida.az -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələrə kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, atası söhbət zamanı deyib ki, uşaqlıqdan Elçinin arzusu – öz foto xidmətini yaratmaq olub: “Cəbhəyə getməzdən əvvəl də fotoqraf işləyib. Lakin özünün foto xidmətini qurmaq üçün avadanlıqlar almağa imkanı olmayıb. Əməkdaşlarımız Elçinlə görüşdülər, ailəsinin sosial vəziyyəti ilə tanış oldular və istəyinə uyğun olaraq o, foto xidmətini yaratmaq üçün qısa bir müddətdə, növbədənkənar özünüməşğulluq proqramına cəlb edildi. Elçinə lazımı avadanlıqlar (fotoaparat, rəngli fotoprinter, kompüter, ştativ, fotolampa və s. aksesuarları) evində təqdim edildi. Beləliklə, qazimiz uşaqlıq arzusunu indi gerçəkləşdirə biləcək”.

F.Talibov qeyd edib ki, Elçinin valideynləri və qardaşı da işləyir: “Nazirlik tərəfindən yaxın günlərdə Elçinin əlilliyinin qiymətləndirilməsi də aparılacaq. Əlillik dərəcəsi təyin edildikdə, o, hər ay təqaüd və müavinət alacaq. Qazi qardaşımıza Allahdan şəfa diləyir və tezliklə ayağa qalxaraq sevdiyi işinə davam etməyi arzulayırıq!”

Açar sözlər:

Oxunub: 552