Naxçıvanda Vətən müharibəsi qazilərinə xüsusi səhiyyə xidməti göstəriləcək


19:50     11 Dekabr 2020 2020/12/naxcivan_1607697243.jpg

Naxçıvanda şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb.

Femida.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yaradılan komissiya şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin, o cümlədən tibbi yardım, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicələrin aparılmasını, həmçinin ehtiyac olan dərman preparatları ilə ödənişsiz təminatını, sağlamlıq imkanlarının məhdudluq dərəcəsinin təyin olunması üçün lazımi tibbi sənədlərin hazırlanmasını və digər xidmətlərin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək və ortaya çıxan problemlərin həllini diqqət mərkəzində saxlayacaq.

Açar sözlər:

Oxunub: 470