Hikmət Hacıyev Pakistana təşəkkür etdi


09:43     12 Dekabr 2020 20_12_12_1607751891.jpg


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın respublikamızdakı səfiri Bilal Hayeyə ölkəmizə verdiyi dəstəyə görə təşəkkür edib.

Femida.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Bilal Hayeyə minnətdarlıq hissini özünün tvitterdəki hesabında ifadə edib.

“Bilal Haye, sağ olun əziz pakistanlı qardaşlar”, - deyə Hikmət Hacıyev tvitterdə yazıb.

Qeyd edək ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye daha əvvəl özünün tvitter hesabında ölkəmizə növbəti dəstəyini ifadə edib.

“Pakistanın hökuməti və xalqı həmişə Azərbaycanı dəstəkləyib və azad edilmiş ərazilərin yenidən qurulmasına, məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması zamanı hərtərəfli dəstək göstərməyə hazırdır”, - deyə səfir sosial şəbəkədəki hesabında yazıb.




Femida.az

Açar sözlər: #HikmətHacıyev   #Pakistan  

Oxunub: 654