İşğaldan azad edilən ərazidə Qarabağ Universiteti yaradılacaq
11:23 12 Dekabr 2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Regional Şuşa Elmi Mərkəzi yaradılacaq.
Femida.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər planı” barədə danışarkən deyib.
AMEA rəhbəri qeyd edib ki, tədbirlər planında həmin mərkəzdə digər elm sahələri ilə yanaşı, bölgənin ehtiyacına uyğun fizika məsələlərinin və təbii sərvətlərin fiziki xassələrinin tədqiqi üzrə Fizika Bölməsinin təşkil olunması öz əksini tapıb.
Bundan əlavə, Qarabağ Regional Elmi Mərkəzinin və yeni yaradılacaq Qarabağ Universitetinin formalaşdırılmasına elmi və kadr dəstəyinin göstərilməsi, cihaz və qurğularla təminatı nəzərdə tutulur.
Akademikin sözlərinə görə, həmçinin Sərsəng su anbarının istismarında etibarlılıq göstəricilərinin qiymətləndirilməsi, Xudafərin körpüsünün yanında seysmoakustik stansiyanın yaradılması, Dağlıq Qarabağda astronomik stansiyanın qurulması, Elektron Qarabağ konsepsiyasının işlənilməsi və reallaşdırılması layihələrinə elmi-praktiki dəstəyin həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə ehtiyatı 200 mln. ton neft və 250 mlrd. kubmetr qaz yataqlarının işlənilməsi və emalı üçün yerli xüsusiyyətlər nəzərə alınmaqla təkliflərin hazırlanması da başlıca hədəflərdəndir.
Femida.az
Oxunub: 483
Oxşar xəbərlər
- İşğaldan azad olunmuş torpaqlarda tarixi-dini abidələrin bərpasına başlanılıb
- İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələləri müzakirə edilib
- İşğaldan azad olunan 75 yaşayış məntəqəsində inventarlaşdırma işləri yekunlaşdırılıb
- İşğaldan azad edilən ərazilərdə 87 yeni abidə aşkarlanıb
- İşğaldan azad olunmuş ərazilərin topoqrafik xəritələri hazırlanır
- İşğaldan azad edilmiş ərazilərdə torpaq islahatları aparılacaq
- İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilib
- İşğaldan azad olunan daha bir ərazidə azan səsləndirilir
- İşğaldan azad olunan ərazilərə qayıdış məsələsi müzakirə olunub
- İşğaldan azad olunan ərazilərdə radio-televiziya yayımına başlanılıb