Cəlilabad və Masallıda yaşayış yerini tərk edən koronavirus daşıyıcıları saxlanılıb


13:20     12 Dekabr 2020 20_12_12_1607764408.jpg

Cəlilabad və Masallıda daha 2 koronavirus daşıyıcısının yaşayış yerini tərk etdiyi aşkarlanıb.

Cəlilabad və Masallıda polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 2 şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Cəlilabad rayon sakini M. Abbasov və Masallı rayon sakini Z. Teyyubova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq və digər şəxslərin koronavirus infeksiyasına yoluxmasına şərait yaradaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar ictimai yerlərdə aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara geri qaytarılıblar.

Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 582