Neftçalanın sabiq icra başçısı və digər vəzifəli şəxslərin həbs müddəti uzadılıb
14:16 12 Dekabr 2020
Səbail rayon Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimatlara baxılıb.
Femida.az -ın məlumatına görə, hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilən proseslərdə təqdimatlar təmin edilib.
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan müddətləri 3 ay uzadılıb.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.
Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Oxunub: 678
Oxşar xəbərlər
- Neftçalanın sabiq icra başçısı 10 il azadlıqdan məhrum edilib
- Neftçalanın sabiq icra başçısına və müavinlərinə cəza istənildi
- Neftçalanın sabiq icra başçısının məhkəməsində şahidlər dindirilib
- Neftçalanın həbsdə olan sabiq icra başçısının məhkəməsində 18 nəfər ifadə verib
- Neftçalanın sabiq icra başçısının məhkəməsi keçirilib
- Neftçalanın sabiq icra başçısı vəkilindən imtina edib
- Neftçalanın keçmiş icra başçısına 4 aylıq həbs verildi
- Neftçalanın İcra başçısı, baş həkimi və Təhsil şöbəsinin müdiri saxlanılıb - RƏSMİ
- Neftçalanın içməli su təchizatı yaxşılaşdırılacaq