DİN Bakı qeydiyyatlı şəxslərin dekabrın 14-dən sonra paytaxta necə qayıdacağına aydınlıq gətirib


16:47     12 Dekabr 2020 20_12_12_1607777327.jpg

Sərtləşdirilmiş karantinlə bağlı 14 dekabrdan etibarən respublikanın digər rayonlarında olan Bakı qeydiyyatlı şəxslərin paytaxta qayıtmaları ilə məsələyə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, respublikanın şəhər və rayonlarına gedən Bakı şəhəri üzrə daimi qeydiyyatda olan şəxslər yalnız öz avtomobilləri ilə, avtomobilləri olmayanlar isə rayonun və şəhərin hüdudunadək taksilərdən istifadə etməklə paytaxta geri qayıda bilərlər.

Açar sözlər:

Oxunub: 1200