Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti üzvlərinin sayı artırıldı
18:03 12 Dekabr 2020
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Femida.az -ın məlumatına görə, Fərman Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun səmərəli fəaliyyətinin təşkili və idarəolunma mexanizminin optimallaşdırılması məqsədilə imzalanıb.
Fərmana müvafiq olaraq fondun İdarə Heyətinin tərkibinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi dörd nəfərdən - Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin üç müavinindən ibarət olacaq.
Əvvəl İdarə Heyətinin tərkibi 3 nəfərdən ibarət idi.
Femida.az
Oxunub: 623
Oxşar xəbərlər
- Sahibkarlığın İnkişafı Fondu ötən il 127 milyon manat güzəştli kredit verib
- Sahibkarlığın İnkişafı Fondu auditor seçir
- Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin edilib
- Sahibkarlığın maliyyələşdirilməsində yeni mexanizmlər tətbiq olunacaq
- Sahibkarlığın inkişafında bələdiyyələrin rolu
- Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçib