Bakıdan keçən Türkiyənin ilk ixrac qatarı bu gün Qazaxıstana çatacaq


18:54     12 Dekabr 2020 2020/12/29407190-54C3-4BD7-971F-46CE52FB3B19_1607784987.jpeg

“Türkiyədən soyuducu aparan ilk ixracat qatarı Azərbaycan ərazisindən keçərək artıq gələn həftə Çinə çatacaq”

Bunu Türkiyənin nəqliyyat və infrastruktur Naziri Adil Karaismailoğlu deyib.

O bildirib ki, bu gün qatar Xəzər dənizini keçərək Qazaxıstana çatacaq və normal Çin səyahətinə davam edəcək. Nəzərdə tutulmuş vaxta Çinə çatacaq.

Qeyd edək ki, Türkiyənin ilk ixrac qatarı dekabrın 4-də İstanbuldan yola çıxmışdı. Ümumilikdə 42 konteyner soyuducu daşıyacaq qatar Marmaray, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə hərəkət edəcək. Daha sonra isə Gürcüstan-Azərbaycan-Xəzər dənizi keçidi-Qazaxıstan və Çinin Sian şəhərinə qədər olan 8 693 kilometr yol qət edəcək və Çinə 12 günə çatacaq.

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 851