Çavuşoğlu Zəriflə danışdı, şeir məsələsinə aydınlıq gətirildi


22:28     12 Dekabr 2020 cavusoglu48.jpg

Türkiyənin Xarici İşləri naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çavuşoğlu söhbət zamanı bildirib ki, Qarabağa həsr olunduğu bəlli olan şeirin və İranla əlaqəsi hətta işarə belə edilməyən məlum nitqin, bu mövzunu müzakirə edə biləcək kanallar olduğu halda, İran tərəfindən ortaya atılan iddialar və Türkiyə Prezidentini hədəf alan ağır açıqlamalar qəbuledilməzdir.

Qeyd olunub ki, məlum açıqlamalar, ən çətin günlərində İrana hər kəs arxa çevirdiyi halda, Türkiyənin bu ölkənin yananında olmasının unudulduğu barədə məyusluğu artırır.

Femida.az

Açar sözlər:

Oxunub: 660