Türkiyə ordusunun İraqdakı əməliyyat zamanı bir neçə terrorçu məhv edilib


11:57     13 Dekabr 2020 20_12_13_1607842708.jpg

Türkiyənin Silahlı Qüvvələri xüsusi xidmət orqanları ilə birlikdə İraqın şimalında Qara ərazisində antiterror əməliyyatı keçirib

Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, əməliyyat zamanı PKK terrorçularının mövqelərinə hava zərbələri endirilib. Zərbələr nəticəsində 5 terrorçu məhv edilib.

Nazirlik vurğulayıb ki, terrorçulara qarşı effektiv və qətiyyətli əməliyyatlar davam etdiriləcək.

Açar sözlər:

Oxunub: 475