Salyanda şəhid dəfn olunub


12:21     13 Dekabr 2020 20_12_13_1607844125.jpg

Salyan rayonunda Vətən müharibəsinin 20 yaşlı şəhidi dəfn edilib.


“Report”un Aran bürosu xəbər verir ki, rayonun Şorsulu kənd sakini, 2000-ci il təvəllüdlü şəhid Abbasov Əvəz Mais oğlunun nəşi doğulduğu kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasiminədə şəhidin yaxınları ilə yanaşı, Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Ə.Abbasov müddətdən artıq hərbi xidmətdə qulluq edirdi.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 626