Yerevanda Paşinyanın əleyhdarlar aeroportun yolunu kəsdilər


18:26     13 Dekabr 2020 20_12_13_1607870710.jpg

Ermənistanın baş naziri Nikola Paşinyanın istefasını tələb edən etiraz aksiyasının iştirakçıları Yerevanda bir neçə dəqiqə ərzində "Zvartnos" aeroportu ərazidə dörd yolayrıcından birini bağlayıblar.

Etirazçılar polisə onlara aksiyanın keçirilməsi üçün beş dəqiqə vaxt verməyi xahiş ediblər, onlar yolun bir hissəsini tərk ediblər, bundan sonra yolda hərəkət bərpa olunub. İştirakçılardan biri bildirib ki, etiraz aksiyaları Paşinyan və onun bütün komandasının istefasına qədər davam edəcək.

Yerevanda müxalifətin aksiyaları Paşinyanın Qarabağda atəşin dayandırılması haqqında sazişi imzalaması səbəbindən davam etdirilir. Nazirlər Kabinetinin başçısının vəzifədən getməsini tələb edən müxalifət qüvvələri baş nazir vəzifəsinə ölkə hökumətinin keçmiş rəhbəri Vazgen Manukyanın namizədliyini irəli sürüb.
Femida.az

Açar sözlər:

Oxunub: 538