Goranboyda gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb
20:55 13 Dekabr 2020
Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazilərində xidmət aparan zamanı Goranboy rayon Yenikənd kənd sakini Xalid Əmirova məxsus fərdi yaşayış evində gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən rayonun Meşəli kənd sakini Loğman Şirinovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılıb, oradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. L.Şirinov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati cərimə tətbiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 609
Oxşar xəbərlər
- Goranboyda ağır yol qəzasında iki nəfər ölüb
- Goranboyda mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb
- Goranboyda avtomobil aşıb, xəsarət alanlar var
- Goranboyda avtomobillər toqquşub, ölən var
- Goranboyda silah-sursat aşkarlanıb
- Goranboyda 2 qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Goranboyda avtomobil aşıb, sürücü ölüb
- Goranboyda direktoru iş otağında qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıb
- Goranboyda 37 yaşlı qadın qətlə yetirilib
- Goranboyda avtomobil ustası bıçaqlanıb