Bacısını öldürən qardaşın işi məhkəmədə


11:54     14 Dekabr 2020 1398947325_mehkeme.jpg

Bacısını qətlə yetirən Yevlax rayon sakininin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Femida.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşid Hüseynovun icraatına verilib.

Xatırladaq ki, bu ilin sentyabr ayında Yevlax rayonu, Xanabad kənd sakini 34 yaşlı Mirvari Məmmədova Mingəçevir şəhəri Nizami küçəsində bıçaqlanıb. Araşdırmalarla onu doğma qardaşı Malik Məmmədovun qısqanclıq zəminində 12 bıçaq zərbəsi ilə qətlə yetirdiyi müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 129.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 670