"Qarabağda 70-dən çox dini abidəyə zərər dəyib" - Rusiyalı din xadimi
14:27 14 Dekabr 2020
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru “Görüş mədəniyyəti: pandemiya dövründə dini etika” mövzusunda XVI Beynəlxalq Müsəlman Forumunda iştirak edib.
Femida.az xəbər verir ki, Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsi, Beynəlxalq Müsəlman Forumunun Katibliyi və Rusiya Müftilər Şurasının birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq konfrans onlayn formada keçirilib.
Forum Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi və Rusiya Müftilər Şurasının sədri, müfti şeyx Ravil Qaynutdinin müraciəti ilə başlayıb.
Ravil Qaynutdin pandemiya dövründə insanların, dövlətlərin ayrı-ayrılıqda qarşılaşdıqları problemlər, o cümlədən sivilizasiyalararası toqquşmalardan bəhs edib. Daha sonra Dağlıq Qarabağ məsələsinə toxunaraq, minlərlə insanın öldüyünü, 70-dən artıq dini abidəyə zərər toxunduğunu vurğulayıb. Müfti müharibənin vurduğu zərərlərin sağalmaz olduğunu, bundan insanların daim əziyyət çəkdiklərini nəzərə çatdıraraq, forum çərçivəsində söz, vicdan azadlığı, insanların hisslərinə hörmət, qarşılıqlı hörmət, tolerantlıq və həmrəylik kimi mühüm mövzulara yer ayrılmasını xüsusi qeyd edib.
Femida.az
Oxunub: 600
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb
- Qarabağda bərpa olunacaq tarixi abidələrin sayı açıqlandı
- Qarabağda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək