İlin ikinci Günəş tutulması başlayıb


19:11     14 Dekabr 2020 20_12_14_1607957632.jpg

İlin ikinci Günəş tutulması başlayıb.

Femida.az -ın məlumatına görə, bu, tam Günəş tutulmasıdır. Saat 17:34-də başlayan tutulma hadisəsi saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək. Tutulma hadisəsi Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Açar sözlər:

Oxunub: 414