Sülhməramlılar Qarabağda 5000-ə yaxın partlayıcını zərərsizləşdirib


10:27     15 Dekabr 2020 2020/12/mina--1608013555_1608022063.jpg

Dağlıq Qarabağdakı rus sülhməramlıları 156 hektardan çox ərazini təmizləyib, 5000-ə yaxın partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ümumilikdə, Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 156 hektardan çox ərazini, 40 kilometrə yaxın yolu, 375 yaşayış binasını və sosial obyekti təmizləyob, 5000-ə yaxın partlayıcı maddə aşkar edərək zərərsizləşdirib", - deyə məlumatda qeyd edilib.

Femida.az

Açar sözlər: sülhməramlı   Qarabağ  

Oxunub: 615