Axtarışda olan 55 nəfər saxlanılıb


12:59     15 Dekabr 2020 2020/02/din_esas_1582268190.jpg


Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 10 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 55 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 497