Ermənistanın sabiq Baş naziri Paşinyanı istefa verməyə çağırdı


17:28     15 Dekabr 2020 2020/12/pasinyan-1_1608038910.jpg

Ermənistanın keçmiş Baş naziri, İrəvanın sabiq meri Karen Karapetyan Nikol Paşinyan hökumətini istefaya çağırıb.

Femida.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, Karapetyan ölkəsinin mənəvi, psixoloji, siyasi, iqtisadi, sosial böhranda olduğunu deyib.

Onun sözlərinə görə, Paşinyan hökuməti iqtidarda qalmağa davam edərsə, ölkənin inkişaf imkanlarını və millətin potensialından istifadə ehtimalını məhdudlaşdıracaq.

Sabiq Baş nazir bu böhranın hər yeni günü ölkəyə və xalqa zərər verməyə davam edəcəyini bildirib.

"Bu taleyüklü məqam hakimiyyət üçün ən vacib sınaqdır. Onlar göstərməlidirlər ki, ölkənin gələcəyi siyasi maraqlarından üstündür. Ümid edirəm ki, Paşinyan ölkənin gələcəyi naminə hakimiyyətdən getməyə özündə cəsarət atapacaq".

Femida.az

Açar sözlər: Ermənistan   Paşinyan    

Oxunub: 595