İlham Əliyev 3 nəfərə general rütbəsi verdi


19:54     15 Dekabr 2020 20_12_15_1608047800.jpg

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Femida.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:

general-mayor ali hərbi rütbəsi
polkovnik Elçin Şirxan oğlu Adıgözəlova
polkovnik Etibar Rəsul oğlu İsmayılova

daxili xidmət general-mayoru ali xüsusi rütbəsi
daxili xidmət polkovniki Hikmət Mərdan oğlu Abbasova

Açar sözlər:

Oxunub: 595