Saatlıda daş hasar aşdı, qaz xətti zədələndi


21:15     15 Dekabr 2020 20_12_15_1608052623.jpg

Dekabrın 15-i axşam saatlarında Saatlı rayonu, H.Əliyev prospektində diametri 76 mm olan qaz xətti daş hasarın aşması nəticəsində zədələnib.

"Azəriqaz"dan Femida.az-a verilən məlumata görə, nəticədə 80 fərdi yaşayış evinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Bir qədər sonra hələlik 70 abonentin qaz təminatını bərpa etmək mümkün olub. Bundan başqa, 4 qaz sayğacı yararsız vəziyyətə düşüb.

Hadisənin fəsadlarının aradan qaldırılması üçün Salyan Regional Qaz İstismarı İdarəsi müvafiq tədbirləri icra edir.

Açar sözlər:

Oxunub: 519