Azərbaycanda maaşı 9500 manat olan iş yeri boşdur
10:09 16 Dekabr 2020
“Hazırda vakansiya bankında 30 minə yaxın iş imkanı mövcuddur”.
Femida.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli deyib.
O bildirib ki, vakansiyalar üzrə əməkhaqqı 250 manatdan 9 500 manatadək dəyişir: “İstənilən şəxs öz bilik və bacarığına uyğun vakansiya seçib göndəriş formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq mərkəzləri tərəfindən təsdiq edilərək işəgötürənlərə yönləndirilir”.
Xidmət rəisi qeyd edib ki, yaxın vaxtlarda vakansiya bankı yeni innovativ yanaşma ilə fəaliyyət göstərəcək: “Süni zəkanın köməyi ilə iş axtaranlara vakansiya, işçi axtaranlara isə müvafiq əməkdaş insan müdaxiləsi olmadan təklif olunacaq”.
Femida.az
Oxunub: 927
Oxşar xəbərlər
- Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
- Sahil Babayev: “Məşğulluq” altsistemində hazırda 14 min aktiv vakansiya var”
- Qarabağın ilk hava limanında işləmək üçün vakansiya
- Vakansiya seçimində 1599 namizəd uğur qazanıb
- Bakı məktəblərindəki psixoloq ştatları vakansiyaya çıxarılacaq
- Növbəti vakansiya seçiminə start verilir
- Təhsil Nazirliyi vakansiyalar elan etdi
- Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir
- Polis olmaq istəyənlərin NƏZƏRİNƏ!
- Dövlət qurumlarının ləğvi zamanı ixtisara düşən dövlət qulluqçuları - HARADA İŞLƏMƏLİDİR?